“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə Zəfər Gününə həsr olunmuş basketbol yarişi keçirilib

05/11/2026, 12:12
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında basketbol üzrə idman yarışı təşkil olunub.


Şəmkir şəhər Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin idman zalında baş tutan yarışda komandalar meydançaya yüksək əhval-ruhiyyə, qələbə əzmi və mübarizə ruhu ilə çıxıblar. Qarşılaşmalar zamanı iştirakçılar çeviklik, dəqiqlik, fiziki hazırlıq və komanda şəklində mübarizə aparmaq bacarıqlarını nümayiş etdiriblər.


Tədbirin açılışında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.


Çıxışlarda 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının milli birliyini, sarsılmaz iradəsini və qəhrəmanlıq tarixini təcəssüm etdirdiyi vurğulanıb. Bildirilib ki, qazanılan möhtəşəm Qələbə Müzəffər Ali Baş Komandanın rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı və xalqımızın həmrəyliyi sayəsində mümkün olub.


Eyni zamanda, Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına, sağlam nəslin yetişdirilməsinə və idmanın kütləviləşdirilməsinə verdiyi töhfələrin bu gün də uğurla davam etdirildiyi diqqətə çatdırılıb.


Qeyd olunub ki, basketbol kimi komanda idman növləri təhsil işçilərinin fiziki sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, çeviklik, qarşılıqlı etimad, intizam, birlik və komanda məsuliyyətinin formalaşmasına da mühüm töhfə verir. Bu cür yarışlar həmçinin kollektivlər arasında dostluq və həmrəylik münasibətlərinin inkişafına şərait yaradır.


Yarışın yekun nəticələrinə əsasən:

🥇 I yer – “ZƏFƏR” komandası

🥈 II yer – “MÜBARIZ” komandası

🥉 III yer – “YASAMAL” komandası

 

Yarışın sonunda fərqlənən komandalar kubok, fəxri fərman və müxtəlif hədiyyələrlə təltif olunublar.

 

İştirakçılar yaradılan şəraitə və yarışın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər. Bu cür idman tədbirlərinin təhsil işçiləri arasında sağlam həyat tərzinin təşviqi və asudə vaxtın səmərəli təşkili baxımından əhəmiyyətini xüsusi vurğulayıblar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: