“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə Zəfər Gününə həsr olunmuş “Bilik yarışı” keçirilib!

30/10/2025, 23:21
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsi və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə "Bilik yarışı" keçirilib.

Tədbirin əsas məqsədi — 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış şanlı Zəfərin əhəmiyyətini gənc nəsillərə aşılamaq, onların vətənpərvərlik ruhunu daha da möhkəmləndirmək olub.

Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Amin Alıyev – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin sədri, Vüqar Dadaşov – Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri və Elşən Ələsgərov – Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri çıxış edərək Zəfər Gününün əzəmətindən, xalqımızın birlik və qəhrəmanlıq ruhundan danışıblar, iştirakçıları təbrik ediblər.

Yarış zamanı iştirakçılar öz bilik və bacarıqlarını nümayiş etdiriblər, gərgin və maraqlı mübarizə şəraitində həyəcanlı anlar yaşanıb.

Qeydiyyatdan keç

I yer – Mübarizlər komandası

II yer – Uğur komandası

III yer – Qədim Şəmkir komandası

Qaliblər Fəxri Fərman və hədiyyələrlə mükafatlandırılıblar.

Sonda xatirə şəkilləri çəkdirilib.

İştirakçılar bu kimi maarifləndirici yarışların təşkilinə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına və əziyyəti keçən hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: