“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə Zəfər Gününə həsr olunmuş şahmat yarişi keçirilib

04/11/2026, 19:14
xeber1

8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə təhsil işçiləri arasında şahmat yarışı keçirilib.

 

Şəmkir rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbində təşkil olunan yarış iştirakçılar üçün öz intellektual potensiallarını, strateji düşünmə qabiliyyətlərini və şahmat bacarıqlarını nümayiş etdirmək baxımından gözəl fürsət olub.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Açılış çıxışlarında 8 Noyabr – Zəfər Gününün xalqımızın qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğu, milli birliyimizin, həmrəyliyimizin və sarsılmaz iradəmizin təcəssümü olduğu vurğulanıb.

 

Qeyd edilib ki, şahmat yalnız idman növü deyil, həm də məntiqi təfəkkürün, səbrin, diqqətin və düzgün qərarvermə bacarığının inkişafına xidmət edən mühüm intellektual fəaliyyətdir. Bu cür yarışlar təhsil işçiləri arasında sağlam rəqabətin formalaşmasına, dostluq münasibətlərinin və həmkarlar ittifaqı həmrəyliyinin daha da möhkəmlənməsinə töhfə verir.

 

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda qaliblər müəyyənləşib:

🥇 I yer – İsmayılova Təhminə Adil qızı – Şəmkir rayonu Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin müəllimi.

🥈 II yer – Məmmədov Eldəniz Tofiq oğlu – Şəmkir rayonu Etibar Həsənov adına Çinarlı qəsəbə tam orta ümumtəhsil məktəbinin direktoru.

🥉 III yer – Əliyev Tahir Camal oğlu – Şəmkir rayonu Müşfiq Süleymanov adına Aşağı Seyfəli kənd tam orta ümumtəhsil məktəbinin müəllimi.

 

Yarışın qalibləri kubok, fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.

 

İştirakçılar yaradılan şəraitə və yarışın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürlərini bildiriblər.

 

Zəfər Günümüz mübarək! Zəfərimiz qürurumuz, birliyimiz gücümüz, həmrəyliyimiz gələcəyimizdir!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: