“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib!

06/11/2025, 20:15
xeber1

05.11.2025-ci il tarixində 8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Qazax-Tovuz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.


Tədbirdə Qazax-Tovuz Regional Təhsil İdarəsinin

müdiri Vüqar Dadaşov, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir

Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə

İşin Təşkili şöbəsinin müdiri Sərdar Namazov, Elm və Təhsil İşçiləri Həmkarlar

İttifaqı Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev və Şəmkir rayonu üzrə təhsil

sektorunun müdiri Elşən Ələsgərov, ümumtəhsil, məktəbəqədər və məktəbdənkənar təhsil

müəssisələrində çalışan Qazilər və Şəhid ailələrinin üzvləri iştirak ediblər.


Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik

sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə başlayıb.


Çıxışlarda vurğulanıb ki, 8 Noyabr – Zəfər

Günü xalqımızın milli qürur və birlik rəmzidir. Bildirilib ki, torpaqlarımızın

azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi hər zaman hörmətlə

anılacaq.

Tədbir zamanı şagirdlərin ifasında səslənən

şeir, rəqs və musiqili kompozisiyalar Zəfərin ucalığını, xalqımızın qəhrəmanlıq

ruhunu və vətənə sevgisini ifadə edib.


Tədbir çərçivəsində Elm və Təhsil İşçiləri Həmkarlar

İttifaqı Şəmkir Rayon Komitəsi tərəfindən iştirakçılara Zəfər rəmzi olaraq Azərbaycan

bayrağı hədiyyə edilib. Bu addım Qələbəmizin və milli həmrəyliyimizin simvolu

kimi böyük rəğbətlə qarşılanıb.

Tədbir iştirakçıları belə vətənpərvərlik

görüşlərinin təşkilinə görə Təşkilatçılara və əməyi keçən hər kəsə təşəkkürlərini

bildiriblər.


Qəhrəman xalqımızın Zəfər Günü mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: