“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib

06/11/2026, 19:27
xeber1

06 noyabr 2026-cı il tarixində 8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə bayram tədbiri təşkil olunub.

 

Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi İştirakçıları və Şəhid Ailələri ilə İşin Təşkili şöbəsinin müdiri Sərdar Namazov, YAP Şəmkir rayon təşkilatının sədri Zamir Güvəndiyev, Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi Pərviz İbrahimov, ETİHİ Şəmkir Rayon Komitəsinin sədri Amin Alıyev, Şəmkir rayonu üzrə Təhsil Sektorunun müdiri Elşən Ələsgərov, eləcə də ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrində işləyən qazilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.

 

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətənimizin azadlığı, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə açıq elan edilib.

 

Çıxış edənlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsində xüsusi yer tutduğunu, milli birlik və həmrəyliyin təcəssümü olduğunu qeyd ediblər. Vətən müharibəsində qazanılan tarixi Qələbənin xalqımızın sarsılmaz iradəsinin, ordumuzun gücünün və qəhrəman övladlarımızın fədakarlığının nəticəsi olduğu vurğulanıb. Şəhidlərimizin müqəddəs xatirəsinin daim ehtiramla anılacağı, qazilərimizin göstərdiyi şücaətin hər zaman yüksək qiymətləndiriləcəyi bildirilib.

 

Tədbir çərçivəsində ETİHİ Şəmkir Rayon Komitəsi tərəfindən iştirakçılara Zəfərimizin və dövlətçiliyimizin rəmzi olan Azərbaycan bayraqları hədiyyə edilib.

 

İştirakçılar şəhid ailələrinə və qazilərə göstərilən diqqət və ehtiramı, eləcə də belə əhəmiyyətli tədbirlərin təşkilini yüksək qiymətləndirərək təşkilatçılara və tədbirin hazırlanmasında əməyi olan hər kəsə minnətdarlıqlarını bildiriblər.

 

Zəfərimiz əbədi, üçrəngli bayrağımız daim ucalarda olsun!

8 Noyabr – Zəfər Günümüz mübarək!

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: