Xəbərlər
Şəmkirdə Zəfər Gününə həsr olunmuş voleybol yarişi keçirilib
8 Noyabr – Zəfər Günü münasibətilə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin və Şəmkir rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə qadın təhsil işçiləri arasında voleybol yarışı keçirilib.
Şəmkir şəhər Əhməd Cavad adına tam orta ümumtəhsil məktəbinin idman zalında keçirilən yarış iştirakçılar arasında idman ruhunun, dostluğun və həmrəyliyin nümayişinə çevrilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Çıxışlarda 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının qəhrəmanlığını, sarsılmaz iradəsini və milli birliyini təcəssüm etdirən möhtəşəm tarixi qələbə olduğu vurğulanıb. Bu şanlı Zəfərin Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman Azərbaycan Ordusunun rəşadəti və xalqımızın birliyi sayəsində qazanıldığı diqqətə çatdırılıb.
Bildirilib ki, təhsil işçiləri arasında idman yarışlarının təşkili sağlam həyat tərzinin təşviqi, fiziki fəallığın artırılması, kollektiv ruhunun gücləndirilməsi və həmkarlar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri müəyyənləşib:
🥇 I yer – “ ZİRVƏ ” komandası
🥈 II yer – “UĞUR” komandası
🥉 III yer – “ZƏFƏR” komandası
Yarışın sonunda qalib komandalar kubok, fəxri fərman və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.
İştirakçılar yaradılan şəraitə və yarışın yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirərək, bu cür tədbirlərin davamlı keçirilməsinin kollektivlər arasında sağlam rəqabətin və həmrəyliyin inkişafına töhfə verdiyini qeyd ediblər.
Zəfər tariximiz, qürur mənbəyimiz, birliyimiz isə ən böyük gücümüzdür!



