“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şəmkirdən İçərişəhərə unudulmaz tur təşkil olunub

19/04/2026, 20:36
xeber1

ETİHİ Şəmkir Rayon Komitəsi tərəfindən 19 aprel 2026-cı il tarixdə üzvlərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə “İçərişəhərin Gizli İrs Marşrutu” üzrə Dövlət Tarix-Memarlıq Qoruğuna tur təşkil edilmişdir. Turda Şəmkir rayonunun təhsil müəssisələrində çalışan fəal ittifaq üzvləri iştirak edib.


Ekskursiya çərçivəsində iştirakçılar İçərişəhərin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmuş, ərazidə yerləşən mühüm abidələri ziyarət etmişlər. Xüsusilə Şirvanşahlar Sarayı və Qız Qalası kimi ölkəmizin qədim tarixini özündə əks etdirən nadir memarlıq nümunələri iştitakçılarda böyük maraq doğurub.


Tur iştirakçıları səfərdən yüksək məmnunluq ifadə edərək bu cür təşəbbüslərin onların həm istirahətinə, həm də dünyagörüşünün genişlənməsinə müsbət təsir göstərdiyini qeyd etmişlər. Sonda turun təşkilinə görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqına öz minnətdarlıqlarını bildiriblər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: