Xəbərlər
Şəmkirli təhsil işçiləri üçün Quba “Nazlı Bulaq” istirahət mərkəzinə tur təşkil olunub.
27–29 may 2026-cı il tarixlərində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəmkir Rayon Komitəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində çalışan ittifaq üzvlərinin asudə vaxtlarının səmərəli təşkili və Qurban bayramı münasibətilə Quba şəhərində yerləşən Nazlı Bulaq İstirahət Mərkəzinə istirahət turu təşkil olunub.
Turun əsas məqsədi təhsil işçilərinin istirahətinin təşkili, onların sosial rifahının yüksəldilməsi və bayram günlərinin mənalı keçirilməsinə dəstək göstərilməsi olub.
Tur çərçivəsində iştirakçılar üçün müxtəlif istirahət, ekskursiya və əyləncə proqramları təşkil edilib, onların asudə vaxtlarının maraqlı və yaddaqalan keçməsi təmin olunub.
Səfərin sonunda iştirakçılar göstərilən diqqət və qayğıya görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ailəsinə təşəkkürlərini bildirərək bu cür sosial layihələrin davamlı olmasının əhəmiyyətini vurğulayıblar.
#ETİHİ #ŞəmkirRayonKomitəsi #QurbanBayramı #Quba #NazlıBulaq #Təhsilİşçiləri #Həmkarlarİttifaqı #AHİK #SosialLayihələr



