“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sentyabr konfransına start verilib

28/08/2026, 10:12
xeber1

‎Avqustun 27-də Şəki şəhər N.Gəncəvi adına 7 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında 2026–2027-ci tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.

‎

‎Konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

‎

‎Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva,Şəki-Zaqatala Regional Təhsil İdarəsinin İnzibati-təşkilat sektorunun müdiri Rauf Əsədov,Şəki şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sadiq Yusifov, Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev,məktəbəqədər, ümumi və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, qabaqcıl təhsil işçiləri,eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

‎

Konfransda Şəki rayonu üzrə təhsil sektorunun müdiri Zamik Cəbiyev tərəfindən ötən tədris ilinin nəticələri, əldə olunan nailiyyətlər haqqında hesabat təqdim edilib və qarşıda duran məsələlər müzakirə edilib. Yeni tədris ili üzrə əsas hədəflər və prioritet istiqamətlər diqqətə çatdırılıb.

‎

Daha sonra Ziyafət Xasiyeva,Rauf Əsədov və Sadiq Yusifov çıxışlarında təhsilin keyfiyyətinin yüksəldilməsi, şagird nailiyyətlərinin artırılması, müəllimlərin peşəkar inkişafının dəstəklənməsi və məktəblərdə səmərəli idarəetmənin təmin edilməsi ilə bağlı əsas vəzifələr vurğulanıb.

Konfrans panel müzakirələri ilə davam etdirilib

‎

Sonda müəyyən edilmiş hədəflərin həyata keçirilməsi və təhsil göstəricilərinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü fəaliyyətin davam etdirilməsinin vacibliyi qeyd olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: