“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sentyabr konfransının ikinci günü panel müzakirələrlə davam edib.

29/08/2026, 13:34
xeber1

Şəki rayonunda təhsil işçilərinin 2026–2027-ci tədris ili üzrə sentyabr konfransının ikinci günü panel müzakirələri ilə davam edib.


İdarəetmə, fənlər, məktəbəqədər təhsil və digər istiqamətləri əhatə edən 12 mövzu üzrə keçirilən panel sessiyalarında tədrisin keyfiyyətinin yüksəldilməsi və şagird nailiyyətlərinin yaxşılaşdırılması ilə bağlı məsələlər müzakirə olunub.


Sessiyalarda şagirdlərin oxu, yazı, riyazi və məntiqi düşünmə bacarıqlarının inkişaf etdirilməsi, formativ qiymətləndirmənin düzgün tətbiqi, dərslərin səmərəli planlaşdırılması, diferensial tədris və zəif nəticə göstərən şagirdlərlə işin gücləndirilməsi əsas müzakirə mövzuları olub. Eyni zamanda rəqəmsal resurslardan istifadə, fənlərarası inteqrasiya, sağlam və təhlükəsiz məktəb mühitinin formalaşdırılması, istedadlı şagirdlərin dəstəklənməsi və valideyn-məktəb əməkdaşlığının gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.


Müzakirələrdə risk qrupuna daxil olan şagirdlərin erkən müəyyənləşdirilməsi, bullinq və zorakılığın qarşısının alınması, oxu klublarının fəaliyyətinin genişləndirilməsi və kitabxana resurslarından səmərəli istifadə ilə bağlı təkliflər səsləndirilib.


Yekun müzakirələr sturuktur bölmə rəhbərlərinin, sektor əməkdaşlarının və moderatorların iştirakı ilə keçirilib.


Sonda 2026–2027-ci tədris ili üzrə qarşıya qoyulan əsas hədəflər və onların icrası üçün nəzərdə tutulan tədbirlər müəyyənləşdirilərək müvafiq protokollarla rəsmiləşdirilib.


ETIHI Şəki Şəhər Komitəsi olaraq yeni tədris ilində bütün ittifaq üzvlərimizə uğurlar arzu edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: