Xəbərlər
Sentyabr konfranslarının yekunlarına dair müşavirə keçirilib

Dağlıq Şirvan Regional Təhsil İdarəsində 2026–2027-ci tədris ili üzrə keçirilən Sentyabr konfransları və panel müzakirələrin yekunlarına dair müşavirə keçirilib.
Müşavirədə Regional Təhsil İdarəsinin müdiri Ramin Abasov, müdir müavini Rahim Novruzov, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Şamaxı rayon komitəsinin sədri Fuad Nəsirov, struktur bölmə rəhbərləri və işçiləri, yerli təhsil sektorlarının müdirləri və aparıcı məsləhətçiləri iştirak etmişdirlər.
Görüşdə Fuad Nəsirov çıxış edərək Sentyabr konfransları çərçivəsində aparılan müzakirələrin əhəmiyyətindən danışıb, təhsil işçilərinin qarşısında duran əsas vəzifələrə toxunub və yeni tədris ilində əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.
Daha sonra ötən tədris ilinin nəticələri ətraflı təhlil olunub, panel müzakirələr zamanı səsləndirilən fikir və təkliflər nəzərdən keçirilib, 2026–2027-ci tədris ili üzrə əsas vəzifələr və prioritet istiqamətlər müəyyənləşdirilib.
Müzakirələr zamanı aşağı nəticə göstərən şagirdlərlə işin gücləndirilməsi, məktəblər arasında təcrübə mübadiləsinin genişləndirilməsi, valideynlərin təhsil prosesinə daha fəal cəlb olunması, məktəblərin mentorluq imkanlarının artırılması və fənlər üzrə metodiki fəaliyyətlərin təkmilləşdirilməsi məsələləri diqqət mərkəzində olub.
Sonda region üzrə illik nəticə hədəfləri müəyyənləşdirilib, qarşıda duran vəzifələr müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib. Daha azını gör





