Xəbərlər
Sentyabrın 7-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon üzrə qəbul imtahanlarında uğur qazanan və ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüşüb.

Sentyabrın 7-də Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon üzrə qəbul imtahanlarında uğur qazanan və ali təhsil müəssisələrinə qəbul olmuş məzunlarla görüşüb.
Görüşdə Tərtər və Ağdərə rayon üzrə milli məclisin nümayəndəsi Anar Məmmədov, Qarabağ Regional Təhsil İdarəsi üzrə Tərtər rayon sektor müdiri Oktay Sarıkişiyev, Yeni Azərbaycan Partiyasının sədri Eldar əsədov, ETİHİ-nin Tərtər rayon komitəsinin sədri Niyaməddin Aslanov, məktəb direktorları və yüksək nəticə göstərmiş məzunlar iştirak ediblər.
Görüş zamanı Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev 2025–2026-cı tədris ili üzrə Tərtərdə təhsil sahəsində əldə olunan nəticələrdən söz açıb. Bildirilib ki, hesabat dövründə rayon üzrə 274 nəfər müxtəlif ali məktəblərə daxil olmuşdur. Qəbul olunanlar arasında 20 nəfər 500–599 bal, 9 nəfər isə 600–700 bal, arasında bal toplayıb.
Bildirilib ki, əldə olunan yüksək göstəricilər şagirdlərin məqsədyönlü hazırlığı, müəllimlərin fədakar əməyi, valideynlərin dəstəyi və ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısının nəticəsidir.
Məzunlar da öz növbəsində qazandıqları nəticədən, gələcək təhsil planlarından və qarşılarına qoyduqları məqsədlərdən bəhs ediblər.
Sonda məzunlara Rayon İcra Hakimiyyəti başçısı tərəfindən Fəxri Fərmanlar və hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib







