Xəbərlər
Şərəfli addır müəllim adı.
10/02/2026, 16:41

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı ETİHİ Ağstafa Rayon Komitəsi nin təşkilatlarından olan Səadət Şükürov adına 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Zeynəb Axundovanın 65 illik yubileyi qeyd olunmuşdur.
Zeynəb müəllimə 3 nömrəli tam orta məktəbin kollektivi və valideynlər tərəfindən sevilən, peşəkar ibtidai sinif müəllimi kimi tanınır. 65 illik ömür payının böyük bir hissəsini şagirdlərə ana dilimizi, riyaziyyatı və mənəvi dəyərləri aşılamağa həsr edib. Müəllimlik təkcə peşə deyil, həm də bir fədakarlıq yoludur. Zeynəb xanım bu yolu şərəflə yürüyən ziyalılarımızdandır.
Bu xoş xəbər münasibətilə Zeynəb müəlliməni təbrik edir, ona cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayırıq.





