Xəbərlər
Şərəfli müəllim ömrü

Ağcabədi rayonu Hindarx qəsəbəsi Etibar İsmayılov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində uzun illər təhsil sahəsində səmərəli fəaliyyət göstərmiş, əmək fəaliyyətini şərəflə başa vuraraq yaş həddi ilə təqaüdə yola salınan Hacıyeva İradə İslam qızına həsr olunmuş vida tədbiri keçirilib.
Tədbir məktəbin direktoru və həmkarlar təşkilatının sədri Lalə Allahverdiyevanın təşkilatçılığı ilə baş tutub. Çıxış edənlər İradə müəllimənin pedaqoji fəaliyyətindən, gənc nəslin təlim-tərbiyəsindəki xidmətlərindən, həmkarları və şagirdləri arasında qazandığı böyük hörmət və nüfuzdan bəhs ediblər.
Qeyd olunub ki, İradə müəllimə öz peşəsinə sədaqəti, yüksək mənəvi keyfiyyətləri və müəllim adına layiq fəaliyyəti ilə hər zaman nümunə olub. Ona gələcək həyatında möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulanıb.
Tədbirin sonunda xatirə hədiyyələri təqdim olunub, müəllimə ilə bağlı xoş xatirələr bölüşülüb.





