Xəbərlər
Şərəfli ömrün mənalı zirvəsi – 65 illik yubiley

Göyçay rayonu Qarayazı kənd tam orta ümumtəhsil məktəbində uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti ilə seçilən, həmkarlarının və şagirdlərinin dərin hörmətini qazanan Məsimova Şəhla Ağalar qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə çıxış edənlər Şəhla müəllimənin təhsil sahəsində göstərdiyi xidmətlərdən, gənc nəslin təlim-tərbiyəsindəki əvəzsiz rolundan, məktəbin ictimai həyatında fəal iştirakından bəhs etmiş, ona möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulamışlar.
Yubiley münasibətilə ETİHİ Göyçay Rayon Komitəsi tərəfindən Məsimova Şəhla Ağalar qızı təbrik olunmuş, onun təhsil sahəsindəki nümunəvi fəaliyyəti yüksək qiymətləndirilərək mükafat və təşəkkürnamə ilə təltif edilmişdir.
Səmimi və xoş ovqatda keçən tədbirdə həmkarları yubilyara ən xoş arzularını çatdırmış, onun gələcək həyatında da sağlamlıq, ailə səadəti və uğurlar diləmişlər.
Şəhla müəlliməni 65 illik yubileyi münasibətilə bir daha ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və xoş günlər arzulayırıq.







