Xəbərlər
Şərəfli ömür yolu

Abşeron-Xızı Regional Təhsil İdarəsinin Mərkəzləşmiş Mühasibatlığında uzun illər mühasib vəzifəsində çalışan Quliyeva Zərifə Kamilxan qızı maliyyə işlərinin dəqiq və məsuliyyətlə icrası, eləcə də peşəkarlığı ilə seçilmişdir. Onun fəaliyyəti təhsil müəssisələrinin maliyyə təminatının düzgün qurulmasında mühüm rol oynamışdır.
Zərifə xanımın 65 illik yubileyi münasibətilə təşkil olunan görüşdə onun səmərəli əmək fəaliyyəti, işinə vicdanlı münasibəti və kollektiv arasında qazandığı hörmət xüsusi qeyd olunmuşdur.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Sumqayıt Şəhər Komitəsi olaraq Zərifə xanımı əlamətdar yubileyi münasibətilə səmimi-qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, firavan və xoş günlər arzulayırıq.
Görüşün sonunda yubilyara gül dəstəsi, təşəkkürnamə və qiymətli hədiyyə təqdim edilmişdir.







