“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şərəfli ömür yolu

08/05/2026, 15:51
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin “Müəllimlərimizi tanıyaq və tanıdaq” layihəsi davam edir


Layihəmizin növbəti qonağı ehtiyatda olan kapitan, Birinci Qarabağ müharibəsi veteranı və Vətən müharibəsi iştirakçısı Mehdiyev Fazil Qorxmaz oğludur.


Fazil müəllim 09 may 1974-cü ildə Göyçay şəhərində dünyaya gəlib. Gənc yaşlarından Vətənə xidmət yolunu seçərək 1991-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında şərəflə xidmət edib. Uzun illər ərzində orduda müxtəlif məsul vəzifələrdə çalışıb, hər zaman nizam-intizamı, vətənpərvərliyi və peşəkarlığı ilə seçilib.


Həm Birinci Qarabağ savaşında, həm də Vətən müharibəsində könüllü olaraq döyüşlərə qatılıb. Torpaqlarımızın müdafiəsi uğrunda göstərdiyi xidmətlər onun həyat yolunun ən qürurlu səhifələrindəndir.


Bu gün isə Fazil müəllim öz fəaliyyətini təhsil sahəsində davam etdirir. Yeniarx məktəbində hərbi rəhbər kimi çalışaraq gənclərə vətən sevgisi, dövlətçilik və milli ruh aşılayır. Şagirdləri arasında böyük hörmət qazanan Fazil müəllim gənc nəslin vətənpərvər ruhda yetişməsinə töhfə verir.


Onun həyat yolu ailəsində də davam edir. Böyük oğlu, tibb xidməti leytenantı Mehdizadə Emin Fazil oğlu hazırda şərəflə hərbi xidmətdədir və atasının yolunu layiqincə davam etdirir.


Belə müəllimlərimizi tanımaq, onların keçdiyi şərəfli ömür yolunu gənc nəslə çatdırmaq hər birimiz üçün qürur və örnəkdir.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: