Xəbərlər
Sərhəd kəndlərin bağçalarında görüş.

ETİHİ Ağstafa Rayon Komitəsi nin üzv təşkilatlarından olan Köhnə Qışlaq körpələr evi uşaq bağçasında və Yaradullu kənd körpələr evi–uşaq bağçasında görüşlər keçirildi. Görüşlər zamanı məktəbəqədər təhsil müəssisələrinin kollektivləri ilə səmimi söhbətlər aparıldı, onların qayğı, təklifləri dinlənildi. Bağça kollektivləri böyük məmnunluq hissi ilə qeyd etdilər ki, Həmkarlar təşkilatlarının ilk dəfədir onların problemləri və gündəlik qayğıları ilə bu qədər yaxından maraqlanılır, fikirləri diqqətlə dinlənilir və onlara yüksək səviyyədə diqqət və qayğı göstərilir. Bu yanaşmanın onlarda böyük ruh yüksəkliyi və motivasiya yaratdığı vurğulandı.
Ucqar kəndlərdə fəaliyyət göstərən müəllim və tərbiyəçilər illərlə erməni atəşi altında yaşamalarına baxmayaraq, daim öz vətənpərvərlik mövqelərini qoruyub saxlamış, qəhrəman övladlar və igid əsgərlər yetişdirən təhsil ocaqları kimi şərəfli missiyalarını layiqincə yerinə yetirmişlər. Onlar çətin və təhlükəli şəraitdə belə müqəddəs peşələrinə sadiq qalaraq dövlətə və xalqa xidmət etmişlər.
Kollektivlər göstərilən diqqət və qayğıya görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı nın rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını ifadə etdilər, bu cür görüşlərin davamlı olmasının əhəmiyyətini xüsusi vurğuladılar.







