Xəbərlər
Sərkar kənd tam orta məktəbində gəzinti-istirahət turu təşkil edilib.

Samux rayon Sərkar kənd tam orta məktəbinin Həmkarlar İttifaqı komitəsinin təşkilatçılığı ilə məktəbin kollektivi üçün gəzinti-istirahət turu təşkil olunmuşdur.
Təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, gərgin iş rejimindən sonra dincəlməsi və kollektiv daxilində komanda ruhunun gücləndirilməsi məqsədilə baş tutan bu səyahət olduqca maraqlı və rəngarəng anlarla yadda qalıb. Ölkəmizin füsunkar təbiət guşələrinə bələd olan müəllimlər həm xoş istirahət edib, həm də birlikdə yaddaqalan xatirələr bölüşüblər.
Kollektiv üzvləri göstərilən bu diqqətə və maraqlı təşkilatçılığa görə Həmkarlar İttifaqına təşəkkürümüzü bildirir, müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!










