“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sertifikasiya imtahanından yüksək bal topluyan müəllimlərlə görüş keçirildi.

25/12/2025, 09:49
xeber1

Bərdə şəhəri Elgiz Kərimov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbind tədbir keçirildi.Sertifikasiyadan yüksək bal toplayan müəllimlərlə görüş keçirilib. Görüş zamanı müəllimlərin əldə etdikləri nəticələr yüksək qiymətləndirilib, onların peşəkar fəaliyyətləri və tədris prosesindəki uğurları xüsusi vurğulanıb.Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli,Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Rayon Sektorunun müdiri Nicat İsmayilov,Bərdə şəhər Elgiz Kərimov adına 4 nömrəli tam orta məktəbin direktoru Gülnarə Əliyeva , Bərdə rayon Uşaq Gənclər İnkişaf Mərkəzin direktoru Aynurə Əyyubova və iştirak ediblər.Tədbirdə çıxış edən Elm və Təhsil İşçiləri Həmkarlat İttifaqı Bərdə Rayon Komitəsinin sədri Misir Ənvərli sertifikasiya prosesinin müəllimlərin bilik və bacarıqlarının artırılmasında mühüm rol oynadığını qeyd edib. Eyni zamanda, yüksək nəticə göstərən müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və təcrübələrinin digər həmkarları ilə paylaşılmasının vacibliyi diqqətə çatdırılıb.Tədbirin sonunda sertifikasiyadan yüksək bal topluyan müəllimlərə hədiyyə və fəxri fərman verilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: