“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərmiş müəllimlər "Təhsil"də bir araya gəlib

25/07/2025, 10:20
xeber1

21–27 iyul tarixlərini əhatə edən yay istirahət proqramı çərçivəsində ölkənin müxtəlif bölgələrindən seçilmiş, sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərmiş 50 müəllim Nabranda bir araya gəlib. Proqram Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı (ETİHİ) və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) birgə təşəbbüsü ilə həyata keçirilir.


İştirakçılar Nabrandakı “Təhsil” istirahət mərkəzində bir həftə ərzində həm istirahət edir, həm də müxtəlif maarifləndirici və sosial fəaliyyətlərə qatılaraq qarşıdan gələn dərs ilinə daha motivasiyalı və enerjili şəkildə hazırlaşırlar.


Proqram çərçivəsində intellektual yarışlar, stolüstü oyunlar, seminarlar, fikir mübadiləsi görüşləri və sosiallaşma imkanları təşkil olunur. Müəllimlər yaradılan şəraiti, təşkilatçılıq səviyyəsini və göstərilən diqqəti xüsusi minnətdarlıqla vurğulayırlar.


Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı olaraq təhsil işçilərinin rifahını və sosial müdafiəsini prioritet hesab edir, gələcəkdə də onların dəstəklənməsi və əməkdaşlıq ruhunun gücləndirilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: