“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

"Sevgi və minnətdarlıqla: 65 illik fədakar müəllimlərimizə vida!"

17/10/2025, 09:10
xeber1

Müəllim ömrü yanar şama bənzəyir. Təsadüfi deyil ki, ulu öndər, böyük tarixi şəxsiyyət Heydər Əliyev deyirdi: "Mən yer üzündə müəllimdən yüksək ad tanımıram".

Bu şərəfli adın sahibləri gözlərinin nuru, qəlblərinin hərarəti ilə yetirmələrinin elm və təhsilə uzanan yoluna işıq salır, onların bilikli, savadlı, vətənpərvər, yaradıcı, vətənə layiq insan olmalarına zəmin yaradırlar. Gənclər etimadı doğruldanda, həyatda uğurlar qazananda əməyinin bəhrəsini görən müəllimlər bundan zövq alır, mənən gəncləşirlər.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları Nizami Rayon Komitəsi tərəfindən üzv təşkilatlarda uzun illər təhsilin inkişafına töhfə vermiş, 65 yaşı tamam olan təhsil işçiləri Fəxri Fərman və hədiyyələrlə təbrik olunmuşdur.

Bu təşəbbüsün əsas məqsədi ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş müəllimlərə dərin minnətdarlıq ifadə etmək, onların əməyinə verilən yüksək dəyəri bir daha nümayiş etdirməkdir.


ETİHİ Nizami Rayon Komitəsi tərəfindən həyata keçirilən bu təşəbbüs, həmkarlar təşkilatının təhsil işçilərinə diqqət və qayğısının bariz nümunəsidir. Təltif olunan müəllimlər göstərilən diqqətə görə dərin təşəkkürlərini bildirərək qeyd ediblər ki, bu kimi tədbirlər onların əməyinə verilən mənəvi qiymətin göstəricisidir.

Sonda Rayon Komitəsi təhsil sahəsində uzun illər fəaliyyət göstərən bütün müəllimlərə sağlam ömür, tükənməz enerji və gələcək nəsillərin formalaşmasında uğurlar arzulayır.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: