“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sevimli pedaqoq və məsuliyyətli rəhbər, yolun açıq olsun!

05/01/2026, 16:21
xeber1

Uzun illər gənc nəslin təlim-tərbiyəsinə ömrünü həsr etmiş Şəhər 11 saylı tam orta ümumtəhsil məktəbinin direktoru "Əməkdar Müəllim"Ədalət Sədiyevanın çalışmanın yaş həddinə(66 yaş) çatması münasibətilə təntənəli yolasalma mərasimi keçirilib. Mərasimdə çıxış edən ETİHİ Şəki Şəhər Komitəsinin sədri Ziyafət Xasiyeva və Şəki Rayonu üzrə Təhsil Sektorunun müdiri Zamiq Cəbiyev onun pedaqoji fəaliyyət yoluna nəzər salaraq, illər boyu yüzlərlə gəncin formalaşmasında göstərdiyi fədakar əməyə xüsusi ehtiramlarını ifadə ediblər.


Çıxışlarda Ədalət Sədiyevanın məsuliyyətli rəhbərliyi, müəllim və şagird kollektivinə göstərdiyi qayğı, təhsilə verdiyi dəyər və insanpərvər mövqeyi vurğulanmış, onun zəngin həyat və əmək yolunun gənc pedaqoqlar üçün əsl nümunə olduğu qeyd edilmişdir. Tədbir iştirakçıları ona uzunmüddətli səmərəli fəaliyyətinə görə dərin təşəkkürlərini bildirərək, bundan sonrakı həyatında möhkəm cansağlığı, ailə səadəti və xoş günlər arzulayıblar.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin və Şəki Rayonu üzrə Təhsil Sektorunun Fəxri Fərman və hədiyyəsi təqdim olunub,xatirə şəkli çəkilib.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: