“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sevinc Səmədovanın 65 illik yubileyi qeyd olunub

08/09/2026, 10:43
xeber1

Göyçay şəhəri 2 nömrəli körpələr evi-uşaq bağçasının tərbiyəçisi Səmədova Sevinc Cəlil qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Göyçay Rayon Komitəsinin nümayəndəsi, bağçanın kollektivi və yubilyarın həmkarları iştirak ediblər.


Çıxışlarda Sevinc Səmədovanın uzun illər ərzində məktəbəqədər təhsil sahəsində göstərdiyi səmərəli fəaliyyətdən, uşaqların təlim-tərbiyəsinə verdiyi töhfələrdən bəhs olunub. Onun əmək fəaliyyətinin kollektiv üçün nümunə olduğu vurğulanıb, yubilyara xoş arzular çatdırılıb.


Tədbirdə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Göyçay Rayon Komitəsinin nümayəndəsi tərəfindən Sevinc Səmədova 65 illik yubileyi münasibətilə təbrik edilib. Ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və gələcək fəaliyyətində uğurlar arzulanıb.


Yubilyara göstərdiyi uzunmüddətli və səmərəli əməyə görə mükafat təqdim olunub.


Səmədova Sevinc Cəlil qızı göstərilən diqqət və xoş münasibətə görə təşəkkürünü bildirib.


Tədbir səmimi söhbət və xoş arzularla davam edib.

Gallery Image

Sosial şəbəkələrdə paylaş: