“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Seyidlər kənd 1 nömrəli tam orta məktəbin kollektivi Göygöldə.

13/07/2026, 10:50
xeber1

Samux rayon Seyidlər kənd 1 nömrəli tam orta mMəktəbin Həmkarlar İttifaqı Təşkilatının təşəbbüsü ilə müəllimlərin asudə vaxtının səmərəli təşkili, eləcə də iş motivasiyasının artırılması məqsədilə ölkəmizin cənnət guşələrindən olan Göygöl rayonuna gəzinti-istirahət turu təşkil olunub.

​Gəzinti zamanı məktəb kollektivi Göygölün füsunkar təbiətindən zövq alıb, tarixi və görməli yerləri ilə yaxından tanış olublar. Gündəlik iş rejimindən uzaq, xoş və səmimi ab-havada keçən bu səyahət komanda ruhunu daha da gücləndirib və kollektivə xoş təəssüratlar bəxş edib.

​Tədbirin təşkilində əməyi keçən hər kəsə təşəkkür edir, müəllimlərimizə yeni tədris günlərində uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: