“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İşğaldan azad edilmiş Ağdam məktəblərinin məzunları ilə görüş keçirilib

11/09/2026, 10:45
xeber1

Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə Ağdam, Füzuli və Xocavənd rayonlarının uğur qazanan şagird-məzunları ilə görüş keçirilib.

Görüşdə Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı, Kəngərli və Sarıcalı kənd tam orta məktəblərinin şagirdləri iştirak ediblər.

Tədbir Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə başlayıb.

Görüşdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Eldar Ramiq oğlu Seyidov iştirak edib.

Çıxış edən Eldar Seyidov şagird-məzunları təbrik edərək, onlara gələcək təhsil və karyera həyatlarında uğurlar arzulayıb.

Görüş zamanı şagird-məzunlarla fikir mübadiləsi aparılıb, onların əldə etdikləri uğurlar, gələcək təhsil və karyera istiqamətləri, qarşıya qoyduqları məqsədlər barədə söhbət edilib.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi tərəfindən uğur qazanan Ağdam məktəblərinin məzunlarına hədiyyələr təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: