“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İşğaldan azad olunan rayonlara 1 günlük gəzintinin təşkil olunması

13/07/2026, 09:20
xeber1

Zəfərimizin izləri ilə addımlamaq və əbədi, əzəli torpaqlarımıza gəzinti Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Daşkəsən Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə Daşkəsən rayon Yuxarı Daşkəsən Qəsəbəsi Zahir Bağırov adına tam orta ümumtəhsil məktəbinin kollektivi Şuşa–Xankəndi istiqamətində mənəvi dəyəri yüksək olan ekskursiyada iştirak edib. Səfər iştirakçıları Azərbaycanın tarixi, mədəni irsi və yenidən dirçələn Qarabağ bölgəsi ilə yaxından tanış olaraq unudulmaz təəssüratlar qazanıblar. Bu ekskursiya həm vətənə bağlılıq hissinin daha da güclənməsinə, həm də Keçmişin izlərini, bu günün qürurunu və sabaha olan inamı özündə birləşdirən bu səfər iştirakçıların yaddaşında dəyərli xatirə kimi qalacaq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: