“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İşğaldan azad olunmuş ərazilərdə təhsil prosesi sürətlə davam edir.

10/12/2025, 12:55
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi olaraq bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Kəngərli kəndində Kəngərli kənd tam orta ümumtəhsil məktəbinin

ilk həmkarlar ittifaqı seçkisi təşkil olundu. İclasa başlamazdan əvvəl Vətənimizin azadlığı və torpaqlarımızın bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Bu torpaqlarda yenidən məktəb səsi eşidilirsə, bu, ilk növbədə şəhidlərimizin qəhrəmanlığı və Azərbaycan dövlətinin gücünün nəticəsidir.

Görüş zamanı ittifaq üzvlərinin sualları dinlənildi, mövcud fəaliyyət istiqamətləri üzrə məlumatlar verildi və onları maraqlandıran məsələlərə aydınlıq gətirildi.

Sonda məktəbin ilk həmkarlar ittifaqı sədri seçildi.

Yeni seçilən sədrimizi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: