Xəbərlər
İşğaldan azad olunmuş məktəbdə həmkarlar ittifaqı təşkilatında yeni sədr seçkisi keçirildi.

18.11.2025- ci il tarixdə işğaldan azad olunmuş Ağdam rayonunun Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində həmkarlar ittifaqı təşkilatında yeni sədr seçkisi keçirildi.
Uzun illər sonra öz doğma ocağında fəaliyyətini davam etdirən məktəbdə təşkilatın yenilənməsi həm müəllim kollektivinin həmrəyliyinin, həm də yeni dövrün tələblərinə uyğun bir idarəetmə modelinin qurulmasının göstəricisidir.
Görülən işlər, müzakirələr və səsvermə nəticəsində yeni sədr və təşkilati heyət seçildi.
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağdam Rayon Komitəsi olaraq yeni seçilən sədrə uğurlar arzulayır, həmkarlarımızın fəaliyyətini daima dəstəklədiyimizi bildiririk.
Ağdamda həyat yenidən başlayır — birlikdə daha güclü olacağıq.





