Xəbərlər
İşğaldan azad olunmuş şəhər və rayonlara 1 günlük gəzintinin təşkil ounması

İşğaldan azad olunmuş əbədi, əzəli torpaqlarımıza gəzinti Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Daşkəsən Rayon Komitəsinin təşkilatçılığı və dəstəyi ilə Daşkəsən rayon Aşağı Daşkəsən qəsəbə Gündüz İsmayılov adına ümumi orta ümumtəhsil məktibinin kollektivi Şuşa–Xankəndi istiqamətində mənəvi dəyəri yüksək olan ekskursiya təşkil olunmuşdur. Səfər iştirakçıları Azərbaycanın tarixi, mədəni irsi və yenidən dirçələn Qarabağ bölgəsi ilə yaxından tanış olaraq unudulmaz xoş təəssüratlar qazanmaqla həm vətənə bağlılıq hissinin daha da güclənməsinə, həm də keçmişin izlərini, bu günün qürurunu və sabaha olan inamı özündə birləşdirən bu səfər iştirakçıların yaddaşında dəyərli xatirə kimi qalacaqdır.







