“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

İşğaldan azad olunmuş Xıdırlıda Novruz tonqalı yandırıldı

18/03/2026, 10:17
xeber1

Ağdam rayon Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində Novruz Bayramı münasibətilə tədbir təşkil olunub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Daha sonra Ümummilli Lider Heydər Əliyev və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə təhsil sahəsində çalışan rəhbər şəxslər, müəllimlər və digər qonaqlar iştirak ediblər. Çıxış edənlər Novruz bayramının xalqımızın zəngin milli-mənəvi irsini əks etdirdiyini, əsrlər boyu qorunub saxlanılan adət-ənənələrin bu gün də yaşadıldığını vurğulayıblar. Bildirilib ki, Novruz bayramı insanlar arasında birlik, həmrəylik və qarşılıqlı hörmət hisslərini daha da möhkəmləndirən dəyərli bir ənənədir.

Tədbirin bədii hissəsində şagirdlər tərəfindən hazırlanan maraqlı səhnəciklər, şeirlər və musiqi nömrələri təqdim olunub. Bayram abu-havası ilə seçilən proqram iştirakçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: