“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şin kənd məktəbinin kollektivi üçün Göygöl turu təşkil olunub

24/06/2026, 09:44
xeber1

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin təşkilatçılığı ilə Şəki rayon Şin kənd tam orta ümumtəhsil məktəbinin kollektivi Göygöl rayonuna səfər edib.


Səfərin məqsədi ittifaq üzvlərinin asudə vaxtının səmərəli təşkili, onların istirahətinin təmin olunması, eləcə də ölkəmizin tarixi-mədəni irsi və füsunkar təbiəti ilə yaxından tanış olmaları olub. Səfər iştirakçıları Göygöl rayonunun görməli yerlərini ziyarət edib, rayonun zəngin təbiəti və tarixi haqqında ətraflı məlumat əldə ediblər.


Sonda məktəb kollektivi göstərilən diqqət və qayğıya, yaradılan yüksək şəraitə görə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Şəki Şəhər Komitəsinin rəhbərliyinə və səfərin təşkilində əməyi olan hər kəsə öz minnətdarlıqlarını bildiriblər

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: