“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sinifdən meydana: Suraxanıda adrenalin dolu Mini Futbol turniri

15/11/2025, 11:51
xeber1

15 noyabr 2025 ci il tarixində Suraxanı Rayon tam orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında Konstitusiya və Suverenlik ili münasibətilə "Mini Futbol" turniri keçirilmişdir. Turnir müəllimlər arasında sağlam həyat tərzinin təşviqi, kollektivlərarası dostluq münasibətlərinin gücləndirilməsi və idmana marağın artırılması məqsədilə təşkil olunmuşdur.

Yarışın yekununda I, II və III yerləri tutan komandalar fəxri fərman və hədiyyələrlə mükafatlandırılmışdır.

Turnirin yüksək səviyyədə təşkilinə dəstək verən hər kəsə təşəkkür edir, qalib komandaları səmimi-qəlbdən təbrik edirik.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: