“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Sipiyəpart kənd məktəbində yubiley tədbiri keçirilmişdir

20/10/2026, 11:46
xeber1

Astara rayonu Sipiyəpart kənd tam orta ümumtəhsil məktəbinin texniki işçisi Qafarova Sevil Hacıbaba qızının 65 illik yubileyi münasibətilə tədbir keçirilib.

Tədbirdə Sevil xanımın uzun illər ərzində göstərdiyi nümunəvi əmək fəaliyyəti, işinə məsuliyyətli və vicdanlı yanaşması, eləcə də kollektiv arasında qazandığı hörmət və nüfuz xüsusi vurğulanıb.

Çıxış edənlər yubilyarı əlamətdar günü münasibətilə səmimi-qəlbdən təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xoş günlər arzulayıblar.

Sonda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Astara Rayon Komitəsi tərəfindən Sevil xanıma xatirə hədiyyəsi təqdim olunub.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: