Xəbərlər
İşıq saçan bir ömür əbədiyyətə qovuşdu
20/01/2026, 23:23

Qax şəhər Etibar Babayev adına 4 nömrəli tam orta ümumitəhsil məktəbində uzun illər riyaziyyat müəllimi kimi fədakarlıqla çalışmış, şagirdlərinə biliklə yanaşı mənəvi dəyərlər aşılamış dəyərli pedaqoq Almaz İbrahimovanın vəfatı bizi dərindən kədərləndirmişdir.
Almaz müəllimə öz peşəkarlığı, zəhmətkeşliyi və insanpərvərliyi ilə həmkarlarının və yetirmələrinin böyük hörmət və ehtiramını qazanmışdır. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır.
ETİHİ Qax Rayon Komitəsi adından mərhuməyə Allahdan rəhmət diləyir, ailəsinə, yaxınlarına və bütün təhsil ictimaiyyətinə dərin hüznlə başsağlığı veririk.
Ruhu şad olsun!



