“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şirəliyeva Təranənin çalışmanın son yaş həddinə , 65 yaşına çatması münasibətilə yubıley tədbiri keçirildi.

22/05/2026, 23:00
xeber1

22 May 2026 - cı il tarixdə ETİHİ İsmayıllı Rayon Komitəsinin üzv təşkilatı Qubaxəlilli kənd tam orta ümumtəhsil məktəbində ömrünün 36 ilini məktəbin səliqə sahmanına həsr etmiş, öz zəhməti və məsuliyyəti ilə hər zaman kollektivin hörmətini qazanmış texniki işçi Şirəliyeva Təranənin çalışmanın son yaş həddinə , 65 yaşına çatması münasibətilə yubıley tədbiri keçirildi. Tədbirdə İsmayıllı Rayon Təhsil Sektorunun müdiri Rəşid Məmmədli, ETİHİ İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, kollektiv üzvləri, valideynlər iştirak etmişdir. Çıxış edən kollektiv üzvləri və qonaqlar uzun illər məktəbdə xadimə işləyən Təranə Şirəliyevap çalışdığı müddət ərzində məktəbin səliqə sahmanında, rahat və təhlükəsiz iş şəraitinin yaradılmasında böyük əməyi ilə seçilməsini, işinə vicdanla yanaşmasını, sadəliyi və mehriban münasibətilə hər kəsin rəğbətini qazanmasını xüsusilə vurğuladılar. Yubilyar ETİHİ Rayon Komitəsinin təhsil sahəsində səmərəli fəailiyyətinə və yubiley yaşının tamam olması münasibətilə fəxri fərman və,qiymətli hədiyyəsi ilə mükafatlandırıldı.  

Bütün təhsil ictimaiyyəti adından Təranə Şirəliyevanı təbrik edir, ona gələcək həyatında möhkəm can sağlığı, ailə səadəti və xoş istirahət arzulayırıq.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: