Xəbərlər
Şirvan Peşə Liseyində və Şirvan şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasında dama və mini futbol üzrə idman yarışları keçirilib

ETİHİ Şirvan Şəhər Komitəsinin üzv təşkilatları olan Şirvan Peşə Liseyində və Şirvan şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlər arasında dama və mini futbol üzrə idman yarışları keçirilib. Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həs olunmuş yarışlarda qalib gələn şagirdlər ETİHİ Şirvan Şəhər Komitəsi tərəfində diplom, medal və kubokla təltif edildilər. Belə tədbirlərin keçirilməsi şagirdlərin idman bacarıqlarının inkişaf etdirilməsi, onların yaradıcılıq potensialının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Sonda tədbir iştirakçıları yarışların təşkilinə görə həmkarlar təşkilatlarına öz təşəkkürlərini bildirdilər.












