Xəbərlər
Şirvan Şəhərində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiısi Günü münasibətilə ümumşəhər tədbiri təşkil olunub

Bu gün ETİHİ Şirvan Şəhər Komitəsi, Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan Şəhər Təhsil Sektoru ilə birgə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiısi Günü münasibətilə ümumşəhər tədbiri təşkil etdilər. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin Başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, YAP Şirvan Şəhər Şöbəsinin sədrı Zahir Qəhrəmanov, Şirvan Təhsil Sektorunun müdiri Varis Qasımlı, ETİHİ Şirvan Şəhər Komitəsinin sədri Niyazi Nəcəfov, şəhərin hüquq mühafizə şöbələrinin rəhbərləri və şəhid övladları iştirak etdilər. ŞSRTİ-nin tabeliyindəki ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları rəqslər və musiqili kompozisiyalar tədbir iştirakçılarının geniş marağına səbəb oldu. Böyük sevinc hissi ilə şənlənən məktəblilər və balaca fidanlar tədbirin təşkilindən çox razı qaldılar. Sonda Şirvan ŞİH-nin başçısı və ŞSRTİ-nin müdiri çıxış edərək bütün uşaqları 1 İyun Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə təbrik edərək onlara sağlam həyat və sevincli günlər arzu etdilər.














