Xəbərlər
Şirvan şəhərində 8 Noyabr - Zəfər Günü münasbətilə idman tədbiri keçirilib.
03/11/2026, 09:45

Şirvan şəhərində Şirvan UGİŞM-nin və Elm və Təhsil İşçləri Şirvan Şəhər Komtəsinin birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş futbol üzrə qruplararası idman tədbiri keçirilib. Tədbirdə qalib gələn komandalar ETİHİ Şirvan Şəhər Komitəsi tərəfindən qiymətli hədiyyələr və diplomlarla mükafatlandırılıblar. Şirvan UGİŞM-nin rəhbərljyi və qalib komandaların məşqçiləri turnirin yüksək səviyyədə təşkilinə göstərilən dəstəyə görə həmkarlar ittifaqına öz minnətdarlıqlarını bildirdilər.







