Xəbərlər
Şirvan şəhərində Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb.
12/12/2025, 11:00

Şirvan şəhərində Ümummilli Lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım günü dərin hörmət və ehtiramla anılıb. Bu münasibətlə ETİHİ Şirvan Şəhər Komitəsi, şəhərin təhsil müəssisələrinin rəhbərlər və fəal ittifaq üzvləri Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini yad ediblər. Anım mərasimində Ulu Öndərin ruhuna dualar oxunub və ehsan süfrəsi təşkil olunub.














