Xəbərlər
Şirvan şəhərinin ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri keçirilib.
13/06/2026, 10:00

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirlər şagirdlərin hazırladıqları şeir, mahnı və rəqs kompozisiyaları ilə davam etdirilib. Yüksək təşkilatçılıqla keçirilən “Son zəng” tədbirləri məzunların həyatında unudulmaz bir günə çevrilib.
Keçirilən "Son Zəng" tədbirlərində ənənəvi olaraq Şirvan Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, Şirvan-Salyan RTİ-nin müdiri, Şirvan Təhsil Sektorunun müdiri və əməkdaşları və ETİHİ Şirvan Şəhər Komitəsinin sədri iştirak etdilər. İştirak edən məsul işçilər çıxış edərək təhsil işçiləri və məzunları təbrik edərək onlara uğurlar arzuladılar.
















