“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şirvanda "8 noyabr- Zəfər Günü" tədbiri keçirildi.

09/11/2025, 23:04
xeber1

Şirvanda "8 noyabr- Zəfər Günü" tədbiri keçirildi.

05 noyabr 2025-ci il tarixdə Şirvan şəhərindəki "Yeganə şadlıq sarayında ETİHİ Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə Şirvan şəhərinin təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri, qazi və müharibə iştirakçıları ilə çay süfrəsi ətrafında görüş keçirildi. Görüşdə Şirvan İcra Hakimiyyətinin məsul işçisi, Şirvan Təhsil Sektorunun müdiri, ETİHİ Şirvan Şəhər Komitəsinin sədrı, ümumtəhsil müəssisələrinin rəhbərləri iştirak etdilər. Tədbir Dövlət Himninin səsləndirilməsi, ulu öndər Heydər Əliyevin və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Şirvan Təhsil Sektorunun müdiri və ETİHİ Şirvan Şəhər Komitəsinin sədri torpaqlarımızın 30 ildən sonra azad olunmasında şəhidlərimizin və qazilərimizin qəhramanlıqlarından geniş məlumat verdilər. Görüşdə çıxış edən şəhid ailə üzvləri və qazilər onlara göstərilən diqqət və qayğıya görə AHİK-in və ETİHİ Respublika Komitəsinin rəhbərliklərinə oz minnətdarlıqlarını bildirdilər.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: