Xəbərlər
Şirvanda məktəbli idmançılar mükafatlandırıldılar.
26/12/2025, 10:00

Şirvanda məktəbli idmançılar mükafatlandırıldılar.
Şirvan şəhər Elçin İmanov adına 10 nömrəli tam orta ümumtəhsil məktəbinin oğlanlardan və qızlardan ibarət basketbol komandası 15-16 dekabr 2025-ci il tarixdə Bakı şəhəri Texniki Universitetin idman bazasında keçirilən Respublika birinciliyində fəal iştirak edərək qalib gəlmişlər. Qalib komanda üzvlərini və onları bu yarışa hazırlayan müəllimlərə ETİHİ Şirvan Şəhər Komitəsi tərəfindən qiymətli hədiyyələr və diplomlar təqdim olundu. Sonda məktəb rəhbərliyi göstərilən diqqət və qayğıya görə həmkarlar komitəsinə öz minnətdarlıqlarını bildirdilər.









