Xəbərlər
Şirvanda Müstəqillik Gününə həsr olunmuş futbol və badminton yarışları keçirilib.
27/05/2026, 12:00

ETİHİ Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə ETİHİ Şirvan Şəhər Komitəsinin xidmətində olan Şirvan şəhər UGİŞM-də və Şirvan kimya biologiya təmayullü liseydə təhsil alan məktəblilər arasında 28 May Müstəqillik Gününə həsr olunmuş futbol və badminton yarışları təşkil olunub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən yarışda məktəblilər həm yüksək fiziki hazırlıq, həm də komanda ruhunu nümayiş etdiriblər. Sağlam həyat tərzinin təbliği məqsədilə keçirilən bu yarışlar rəngarəng anlarla yadda qalıb. Qalib gələn komanda üzvləri iştirakçılar tərəfindən hədiyyə, diplom və kubokla təltif edildilər.














