Xəbərlər
Şirvanda Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.
17/03/2026, 11:00

Şirvanda Novruz bayramı münasibətilə ümumşəhər tədbiri keçirilib.
Martın 17-də Şirvan Şəhər İcra Hakimiyyətinin, şəhərin mədəniyyət və təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə xalqımızın qədim tarixi, milli-mənəvi dəyərlərini özündə yaşadan Novruz bayramına həsr olunmuş ümumşəhər bayram tədbiri keçirilib. Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin, hüquq mühafizə orqanlarının, regional idarələrin və təhsil müəssisələrinin rəhbərləri, şəhid ailə üzvləri, qazilər, müharibə iştirakçıları və şəhər ictimaiyyəti iştirak ediblər.













