“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şirvanda ümumtəhsil müəssisələrinin əməkdaşları arasında şahmat yarışı keçirilib

04/04/2026, 10:00
xeber1

04 aprel 2026-cı il tarixdə ETİHİ Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə Şirvan şəhərinin ümumtəhsil müəssisələrinin işçiləri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş şahmat yarışı keçirildi. İlk öncə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra isə yarışın açılışında iştirak edən qonaqlar ulu öndərin idmana, xüsusən də şahmata geniş diqqət və qayğısından söhbət açdılar. Şirvan şəhərinin ümumtəhsil müəssisəsinin hər birindən qalib olmuş 16 nəfərin gərgin mübarizəsindən sonra qaliblər müəyyənləşdi.

1-ci yer. Şirvan şəhər 3 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi - Hüseynov Eldar Valeh oğlu, 2-ci yer Şirvan şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi - Hüseynov Ceyhun Füzuli oğlu, 3-cü yer Şirvan şəhər 16 nömrəli tam orta məktəbin müəllimi - Dadaşova Günel Hilal qızı qalib oldular. Qaliblər ETİHİ Şirvan Şəhər Komitəsi tərəfindən Fəxri Fərman və qiymətli hədiyyələrlə mükafatlandırıldılar.

Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: