Xəbərlər
Şirvanda yeni Kollektiv Müqavilənin müzakirəsi.

Şirvanda yeni Kollektiv Müqavilənin müzakirəsi.
19.11.2025-ci il tarixdə Şirvan Təhsil Sektorunun inzibati binasında ETİHİ Şirvan Şəhər Komitəsinin təşkilatçılığı ilə Şirvan şəhərinin təhsil müəssisələrinin ilk həmkarlar komitələrinin sədrləri ilə 2025-2027-ci illəri əhatə edən yeni bağlanmış Kollektiv Müqavilə ətrafında görüş keçirildi. Görüşdə ETİHİ Şirvan Şəhər Komitəsinin sədri N.Nəcəfov və Şirvan Təhsil Sektorunun müdiri V.Qasımlı Kollektiv Müqavilənin müdəaları, ittifaq üzvlərinin əmək və sosial hüquqlarının qorunması, işçilərə təhlükəsiz əmək şəraitinin yaradılması barədə geniş məlumat verdilər və ilk həmkarlar komitə sədrlərinin sullarını ətraflı cavablandırdılar. Sonda Kollektiv Müqvilənin 2 nüsxədə hazırlanıb müəssisə rəhbərləri ilə birgə təsdiq edib, işlərini kollektiv müqviləyə uyğun qurmaları tapşırıldı.










