“Mən dünyada müəllimdən yüksək ad tanımıram”.

Heydər Əliyev
heyder eliyev

Xəbərlər

Şiyəkəran kənd körpələr evi-uşaq bağçasında tərbiyəçi müəllimin yubileyi qeyd edildi.

06/03/2026, 13:50
xeber1

Astara rayonu Şiyəkəran kənd körpələr evi–uşaq bağçasının sevilən tərbiyəçi-müəllimi Axundova Şərafət Aslan qızının 65 illik yubileyi münasibətilə səmimi və yaddaqalan tədbir keçirilmişdir.

Tədbirdə Şərafət müəllimin uzun illər ərzində göstərdiyi səmərəli pedaqoji fəaliyyəti, körpələrin vətənpərvərlik ruhunda, milli-mənəvi dəyərlərə bağlı və cəmiyyətə faydalı vətəndaşlar kimi formalaşmasında göstərdiyi əvəzsiz xidmətləri xüsusi qeyd olunmuşdur. Çıxış edənlər onun müəllim adına şərəf gətirən fəaliyyəti, zəhmətkeşliyi, sadəliyi və insanpərvərliyi haqqında səmimi fikirlər səsləndirmiş, ona dərin hörmət və ehtiramlarını bildirmişlər.

Qeyd edilmişdir ki, Şərafət müəllim illərdir ki, balaca fidanların tərbiyəsində böyük sevgi və məsuliyyətlə çalışaraq bir çox nəslin formalaşmasında öz dəyərli töhfəsini vermişdir.

Tədbirin sonunda Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Astara Rayon Komitəsi tərəfindən Şərafət müəllim Fəxri Fərman və dəyərli hədiyyələrlə təltif olunmuşdur.

Hörmətli Şərafət müəllimə möhkəm cansağlığı, uzun ömür, xoş günlər və ailə səadəti arzulayır, gələcək fəaliyyətində yeni uğurlar diləyirik!

Gallery Image
Gallery Image

Sosial şəbəkələrdə paylaş: