Xəbərlər
Siyəzən rayon Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur

01 iyul 2026-cı il tarixində Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Siyəzən Rayon Komitəsinin təşkilatçılığı ilə Siyəzən rayon Cəfər Cabbarlı adına 1 nömrəli tam orta məktəbinin pedaqoji kollektivi üçün Quba rayonuna ekskursiya təşkil olunmuşdur.
Ekskursiyanın əsas məqsədi təhsil işçilərinin asudə vaxtının səmərəli təşkili, kollektiv üzvləri arasında əməkdaşlıq və həmrəylik münasibətlərinin daha da möhkəmləndirilməsi, müəllimlərin mənəvi istirahətinin təmin edilməsi olmuşdur.
Səfər zamanı iştirakçılar Quba rayonunun füsunkar təbiəti, görməli məkanları və istirahət imkanları ilə yaxından tanış olmuş, xoş və yaddaqalan anlar yaşamış, səmimi ünsiyyət şəraitində vaxt keçirmişlər. Belə tədbirlər kollektiv üzvləri arasında dostluq münasibətlərinin möhkəmlənməsinə, komanda ruhunun inkişafına və gələcək fəaliyyət üçün motivasiyanın artmasına mühüm töhfə verir.







