Xəbərlər
İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbində Novruz bayramı tədbirindən
19/03/2026, 12:50

Qazax rayonu İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta ümumtəhsil məktəbində Novruz bayramı münasibətilə təşkil olunmuş tədbir yüksək əhval-ruhiyyə ilə keçirildi.Şagirdlərimiz milli -mənəvi dəyərlərimizi, adət ənənələrimizi əks etdirən maraqlı çıxışlar, səhnəciklər və rəqslərlə bayram sevincini bölüşdülər.
Tədbir zamanı xalqımızın zəngin mədəni irsi, bilik, həmrəylik,böyüyə hörmət kiçiyə qayğı kimi dəyərlər xüsusi vurğulandı.Valideylərin də iştirakı ilə keçirilən bu gözəl bayram tədbiri hər kəsdə xoş təəssüratlar yaratdı.
Bayramınız mübarək !









